Qırmızı.az
Akif Nağıdan sərt reaksiya: "... Rəzalətdir!"
Qarabağ Azadlıq Təşkilatının (QAT) mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, Akif Nağı bu məsələ ilə əlaqədar bu şəxslərə və hüquq-mühafizə orqanlarına açıq məktub ünvanlayıb.
Açıq məktubda deyilir: “Bu şəxsləri torpaqlarımızın işğal altında
olması, ermənilərin törətdikləri vəhşiliklər, 20-ci ildönümünü bir
neçə gün əvvəl bütün dünyanın yad etdiyi Xocalı soyqırımı,
Qaradağlı, Meşəli, Ağdaban qətliamları qətiyyən narahat etmir, 2
gün əvvəl cəbhə bölgəsində qətlə yetirilən 2 əsgərimizin, ağır
yaralanan, ayağını itirən digər əsgərimizin də faciəsi onlar üçün
heç nə demək deyil. Erməni quldurları ilə oturub söhbət etdikləri
vaxt cəbhə xəttində azərbaycanlı əsgərlər qətlə yetirilir, bunlar
isə heç nə olmamış kimi “növbətçi təbəssümlə” söhbətlərini davam
etdirir, necə tolerant olduqlarını göstərməyə çalışırlar”.
A.Nağı vurğulayıb ki, hüquq-mühafizə orqanları bu adamların hər
biri ilə bağlı ciddi araşdırmalar aparmalı, onları nəzarətdə
saxlamalı, bu səfərlərin kimlər, hansı mərkəzlər tərəfindən
maliyyələşdirilməsini aydınlaşdırmalıdır.
“Bu səfərlərə dövlət səviyyəsində bir dəfəlik qadağa qoyulmalıdır.
Əks halda, bu məsələ ilə vətənpərvərlər özləri məşğul olacaq və bu
şəxslərin cəzasız qalmaması üçün əllərindən gələni edəcəklər”.
Rüfət Əhmədzadə
Publika.Az
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"