Qırmızı.az
Bakı restoranlarında fövqəladə hazırlıq
Bakı restoranlarında mühafizə xidməti gücləndirilib.
Yeni il bayramı ərəfəsində şadlıq sarayları və restoranların
təhlükəsizlik tədbirləri xüsusi iş rejiminə keçib.
Axar.az-ın məlumatına görə, restoran sahibləri mühafizənin təşkili
üçün əlavə işçi qüvvəsi də cəlb ediblər.
Bayramqabağı məclislərdə insident yaşanmasının və hər hansı dava
ehtimalının qarşısının alınması istəyi sahiblarları bu profilaktik
addımı atmağa sövq edib. Bildirilir ki, bu addımın atılması
restoran müdirlərinin öz təşəbbüsüdür. Onlar “Oazis” restoranında
yaşanan məlum hadisədən sonra oxşar insidentin öz şadlıq evlərində
olmasını istəmirlər.
“Yeni il milli bayramlarımızdan fərqli olaraq, spirtli içkilərin
qəbulu ilə yadda qalır. Spirtli içkilər isə qarışıqlıq ehtimalını
artırır. Buna görə də restoran sahibləri artıq indidən bunun
qarşısını almaq barədə düşünürlər” – deyə mənbə qeyd edib.
Xatırladaq ki, sentyabrın 2-də “Oazis” restoranında baş verən
kütləvi davaya görə iki maddə üzrə cinayət işi başlanıb. Binəqədi
Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət
Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən
törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində
istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə
istintaq aparılır.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO