Qırmızı.az
Alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsi hazırlanır
Azərbaycan Respublikasının və inzibati rayonlarının
alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə inkişafı,
həmçinin də Qobustan rayonunun ABOEM vasitəsilə elektrik-enerji
təchizatı xəritələrinin 2015-ci ildə tamamlanması nəzərdə tutulub.
Bundan başqa, 2016-cı ildə ölkənin günəş enerji potensialı, 2017-ci
ildə geotermal enerji potensialı, 2018-ci ildə isə biokütlə enerji
potensialı xəritələrinin hazırlanması da
planlaşdırılıb.
AzərTAc xəbər verir ki, bu barədə məlumat Azərbaycan
Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyinin (ABOEMDA) 2015-2018-ci illəri əhatə edən
Strateji Planında öz əksini tapıb. Planda bildirilir ki,
Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri (ABOEM)
üzrə xəritələr Azərbaycan Milli Elmlər Akademiyasının institutları
və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu
tərəfindən hidrometeoroloji ölçmələr əsasında tərtib olunub. Bu
xəritələrin tərtibindən uzun müddət keçdiyini və digər ölkələrdə
müasir elektron xəritələrin onlayn rejimdə mövcudluğunu nəzərə
alaraq ölkəmizdə bu sahənin inkişafı vacibdir. Bu xəritələrdə
təqdim olunan məlumatlardan elm, tədris müəssisələrində çalışan və
oxuyan vətəndaşlar, ABOEM sahəsinə investisiya yatırmaq istəyən
hüquqi və fiziki şəxslər istifadə edəcək.
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək