Qırmızı.az
4 böyük şəhərdə liftli sərnişin avtobusları işləyəcək
Azərbaycanın Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iritutumlu nəqliyyat vasitələrindən istifadə ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ 2014-2018-ci illəri əhatə edən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı” layihəsinə daxil edilib.
Qeyd edilən bu tədbir Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə həyata keçiriləcək.
Proqram layihəsində qeyd edilir ki, metrostansiyalar əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılacaq. Bununla yanaşı, bankomatlar, telefon avtomatları, poçt terminalları, keçid turniketləri, lift, tunel keçidləri, eskalator və digər avtomat qurğuların əlilliyi olan şəxslərə uyğunlaşdırılması üçün tədbirlər görüləcək.
Dayaq hərəkət sistemində problemi olan, əlil arabasında hərəkət edən şəxslərin çimərliklərdən sərbəst istifadə etmələri üçün də şərait yaradılacaq.
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...