Qırmızı.az
Əhəd Abıyev: “Elza Seyidcahan deputatlıq iddiasındadır”
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməkdar artist Elza Seyidcahanın ondan üzr istəməsi barədə yayılan məlumatlara cavab verib.
İcra başçısı Ə.Abıyev Publika.az-a açıqlamasında müğənnidən üzr istəmədiyini bildirib: “Əksinə, Elza Seyidcahan özü ötən gün İstanbuldan mənə zəng edərək deyib ki, mən sizin haqqınızda heç bir söz deməmişəm və bu, jurnalistlərin uydurmasıdır. Mən nə üçün Elza Seyidcahandan üzr istəməliyəm? O kimdir ki, mən ondan üzr istəyim. Bu cür söz-söhbətləri etmək isə ayıbdır”.
Ə.Abıyev onu qeyd edib ki, hazırda Milli Məclisin Daşkəsəndən seçilmiş deputat yeri boşdur: “Yəni, əvvəllər bu yerdən seçilmiş deputat Mübariz Qurbanlı idi. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub və indi həmin yer Milli Məclisdə boşdur. Elza Seyidcahanın da əsas istəyi odur ki, həmin yerdən deputatlığa namizəd olsun. Bu isə alınan iş deyil”.
Xatırladaq ki, Elza Seyidcahan mətbuata açıqlamasında deyib ki, Əhəd Abıyev ötən gün ona zəng edib üzr istəyib.
Vasif Həsənli
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO