Qırmızı.az
Temperatur 15 dərəcəyədək yüksələcək – BAYRAM PROQNOZU
2014-cü ilin son günləri Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.
Publika.az-ın Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən
məlumata görə, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında
dəyişkən buludlu hava şəraiti hökm sürəcək, hava əsasən yağmursuz
keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman gözlənilir.
Cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında dekabrın 30-da havanın temperaturu
axşam 5-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti
dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam
buludluluğun artacağı gözlənilir. Səhər zəif duman olacaq,
şimal-qərb küləyi əsəcək, gündüz bir qədər güclənəcək.
Bakıda və Abşeron yarımadasında dekabrın 31-də axşam 5-7, gündüz
7-10 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın bölgələrində dekabrın 30-da hava əsasən yağmursuz
olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin
gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5,
gündüz 8-13 isti olacaq.
Azərbaycanın bölgələrində dekabrın 31-də də hava əsasən yağmursuz
keçəcək. Gecə və səhər duman, çiskin, axşam şimal və şərq
rayonlarında yağıntı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar
yağacaq. Qərb küləyi ayrı-ayrı vaxtlarda güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 12-15 dərəcə isti, dağlarda
gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti
olacaq.
Mövcud hava şəraiti iqlim normasından nisbətən yüksək olsa da,
dekabr ayı üçün xarakterikdir.
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin103:43
Çingiz Mustafayevin ailə qurduğu xanım kimdir? - VİDEO
-
Region02:42
Hava şəraiti daha da pisləşdi, helikopterin axtarışı ÇƏTİNLƏŞDİ
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO