Qırmızı.az
Öldürülən gəlinin anası: "Dedi qızını öldürüb evin altına atmışam" - VİDEO
Astarada baş verən dəhşətli qətl hadisəsi bir ailəni
başsız qoyub.
ANS TV-nin məlumatına görə, rayonun Kakalos kənd sakini, 36
yaşlı İsmayıl Əkbərov ailə münaqişəsi zəminində həyat yoldaşı, 31
yaşlı Aytən Nurullayevanı xüsusi amansızlıqla qətlə yetirib. Səhər
saat 7 radələrində qardaşının eyni həyətdə yeni inşa etdirdiyi
evinin talvarında arvadının həyatına son qoyan İsmayıl Astara rayon
hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Qatil ər təslim
olmazdan əvvəl uşaqları ilə vidalaşıb. Lənkəran rayonunun Şürük
kəndində yaşayan qaynananasını məlumatlandırıb.
Öldürülən gəlinin anası Yılmaz Nurullayeva xəbəri eşidəndə şoka
düşdüyünü dedi: “Mənə dedi ki, qızını öldürmüşəm qoymuşam Sadiqin
evinin altında. Gedin baxın. Mən də maşın tutdum getdik. Gördük
qızı öldürüb, üstünü örtüb”.
Öldürülən gəlinin qohumu Azad Həbibovun sözlərinə görə, İsmayıl
Əkbərov dəmir alətlə Aytənin başına vurub, sonra
bıçaqlayıb.
Hadisənin qısqanclıq zəminində baş verdiyini hər iki tərəf
təsdiqləyir. Yaşadığı kənddəki qonşuları, həmçinin zərərçəkən tərəf
belə baş verənlərdən şoka düşdüklərini, gunəmuzd işləməklə ailə
dolandıran İsmayılı sakit, zəhmətkeş biri kimi tanıdıqlarını
deyirlər.
Ər-arvad Nurullayevlərin 15 illik ailə həyatlarının bu
tükürpədici, arzuedilməz sonluğu 6-cı və 3-cü siniflərdə oxuyan
Aytacı, Samirəni, yaş yarımlıq Mikayılı taleyin ümidinə
qoydu.
Qətlin təfərrüatlarını araşdıran Astara Rayon Prakurorluğunda hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, təsdiqlənsə də təfərrüatlara istintaq zamanı aydınlıq gətiriləcəyi bildirildi.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək