Əlillərin bəzi yerlərdə işləməsi qadağan ediləcək
Bizi izləyin

Qırmızı.az

Əlillərin bəzi yerlərdə işləməsi qadağan ediləcək

Azərbaycanda bəzi iş yerlərində əlillərin əməyindən istifadə edilməsi qadağan ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıyındən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan və hazırda ictimai müzakirə mərhələsində olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanları, habelə mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq müəssisələr əlilliyi olan şəxslərin əməyindən istifadə üçün müəssisələr, sexlər və sahələr yaradacaqlar. Əlilliyi olan şəxslərin əməyindən istifadə üçün iş yerlərinin respublika standartları müəyyən ediləcək. Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin reabilitasiya mərkəzləri ilə birlikdə bu cür iş yerlərini il ərzində attestasiyadan keçirməlidirlər. Attestasiyadan keçməyən iş yerlərində əlilliyi olan şəxslərin əməyinin tətbiqi qadağan olunacaq. Buna yol verən şəxslər qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.

Əlilliyi olan şəxslərlə əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, işdən azad edilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilməyəcək. Ancaq bu zaman əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olması, əmək təhlükəsizliyi üçün təhlükə törətməsi istisna hal kimi qəbul istisna hal kimi qəbul ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm