Qırmızı.az
II Nikolayın, Leninin əskinasları Qubada – qədim əşyaların və pulların kolleksiyaçılarının varidatları
Qədim dövrlərin pulları, köhnə əsginaslar dünyanın əksər ölkələrində böyük maraqla qarşılanır, qorunaraq mühafizə edilir. Hətta bununla bağlı tez-tez sərgilər də təşkil olunur. Məsələn, bir neçə il əvvəl Nyu-Yorkda keçirilən pulların sərgisində dünyanın ayrı-ayrı dövlətlərinin 75 min əsginasınümayiş etdirildi. Onların arasında qədim dövrlərin valyutaları da xüsusi maraqla qarşılandı. Ən çox marağa səbəb olan pullar isə Atlantik okeanının Yab adasının kiçik dövlətinin əsginasıydı. Onun diametri nə az-nə çox, 75 santimetr idi. Bu pulun ölçüsünün böyüklüyü sərgi iştirakçılarınınmarağına, Hindistanın qızıl sikkəsi isə xüsusi diqqətinə səbəb oldu. Məsələ burasındadır ki, həmin qızıl sikkələr sancağın başı boydaydı.
Ölkəmizdə də ötən əsrlərin pullarının, qədim əsginasların kolleksiyaçıları kifayət qədərdir. Onlardan biri də Quba rayon sakini Xəyalə Abbasovadır. Maraqlıdır ki, bu şəxsin qohumları – babası, babasının atası da antikvar əşyaların kolleksiyaçıları olublar. O, Publika.az-ınəməkdaşıylasöhbərində özündə saxladığı əsginasların bəzilərinin yaşının on doqquzuncu əsrə gedib çıxdığını bildirdi:
Beş manatlıq əsginas II Nikolayın dövründə tədavülə buraxılıb
- Artıq bir neçə ildir qədim pulları yığaraq özümdə saxlayıram.Onların üzərindəki hərflər, naxışlar, emblemlər çox xoşuma gəlir. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən sonra, Leninin rəhbəri olduğu dövlət tərəfindən 1918-ci ildə tədavülə buraxılmış 500 manatlıq əsginasların üzərində ikibaşlı qartal, Rusiyanın dövlət rəmzi əks olunub. Əsginasların üzərində Xalq Bankının maliyyə komissarı Məmməd Hüseynovun imzası var.
1920-ci ildə tədavülə buraxılmış 1000 manatlıq əsginas çox güman ki, sovet Azərbaycanının ilk pulu olub. Pulun üzərinə rus dilində “Azərbaycan Sovet Respublikası” sözləri yazılıb. Beş manatlıq əsginas isə çar II Nikolayın imperiyaya rəhbərlik etdiyi 1909-cu ildə tədavülə buraxılıb. Ölkəmiz həmin dövrdə çar Rusiyasının tərkibində olduğundan imperiyanın əsginaslarının üzərinə sözlər ancaq rus dilində yazılırdı. Pulun üzərində idarəedici kassirin soyadı yazılırdı. O ki qaldı bir manatlıq əsginaslara, onlar 1898-ci ilin tədavüldə olan pullarıdır. Pulun hər iki tərəfində valyuta ilə bağlı sözlər rus dilində yazılıb. İndiki 50 qəpiklilklər ötən əsrin əvvəllərində dəmir formasında yox, kağız idi. Lakin həmin pulların nə vaxt tədavülə buraxılması barədə əsginasların üzərində hər hansı tarixi bildiriş, elan yoxdur. 1920-ci ildə tədavülə buraxılmış 500 manatlıq əsginasların üzərinə maliyyə komissarının soyadı qeyd edilib. Pulun üzərinə “RepublicAzerbaijan” sözləri yazılıb. Qəribədir ki, 100 manatlıq əsginasların - 1918-ci ilin pullarının üzərinə dövlət kredit bileti yazılıb. Əsginasların digər üzündə isə Rusiyanın dövlət emblemi var. 3 manatlıq pulun üzərində kassir A.Afanasyevin də adı və soyadı yazılıb, habelə imzası əks olunub.
Rusiya Sovet Sosialist Respublikasının valyutası olan 10000 rublun üzərinə rus dilində məşhur “Bütün ölkələrin proletarları birləşin!” şüarları yazılıb. Bu əsginas 1919-cu ildə artıq tədavüldəydi. Pulun üzərində rus dili ilə yanaşı, başqa dildə də sözlər əks olunub. Pulun üzərində maliyyə məsələləri üzrə xalq komissarının imzası qeyd edilib.
1909-cu ildə tədavülə buraxılmış 10 manatlıq əsginas üzərindəki qeydlər ancaq rus dilindədir.
Qeyd edim ki, qədim əşyalara marağım hələ uşaq yaşlarımdan vardı. Ona görə onları yığıb saxlamışam”.
“Köhnə pullar mənə babamdan qalıb, ona isə atasından...”
- Bəs antikvar pullarıharadan əldən etmisiniz?
- Ötən əsrlərin valyutaları mənə babamdan qalıb, ona isə atasından. Babam da, onun atası da köhnə pulların kolleksiyasını yığıblar.
- Babanız da qədim əşyaların həvəskarı idi?
- Bəli, Qubada dost-tanışları onu köhnə pullara və antikvar əşyalara maraq göstərən şəxs kimi tanıyırdı. Babam qədim əşyaların vurğunu idi. Köhnə məişət əşyalarını qoruyub saxlayırdı. O, 2013-cü ilin dekabrında 83 yaşında dünyasını dəyişdi. Bu pulları babama atası vermişdi. O da antikvar əşyaların kolleksiyaçılarından olub. Babamın atası 110 ildən çox yaşamışdı. Babam deyərdi ki, onun atası qədim əşyaları heç vaxt çölə atmazdı.
- Onlar harda yaşayıblar?
- Quba rayonunun Qustov kəndində. Bu valyutaların dövriyyədən çıxarılmasınabaxmayaraq, babam və onun atası köhnə pulları yığıb özlərində saxlayıblar.Uşaq yaşlarımdan başlayaraq məndə də qədim valyutalara maraq oyandı. Onları yığmaq qərarına gəldim.
“Evimizdə IX əsrin sonları – XX əsrin əvvəllərindən qalma güzgülər var”
- Pulların sayı nə qədər idi?
- Çox idi, sayını bilmirəm. Amma təəssüf ki, bəziləri it-bata düşdü. Valyutaların çoxu babamın atasından qalıb. Çünki o, əsrin əvvəllərində yaşayıb. Həmin dövrdə bu pullar tədavülə buraxılmışdı.
- Neçə ildir pul kolleksiyası toplamaqla məşğul olursunuz?
- Çoxdan, uşaq yaşlarımdan.
- Başqa antikvar əşyalarınız varmı?
- Əlbəttə, özü də çoxdur.
- Məsələn, hansı əşyalar?
- Evimizdə IX əsrin sonları – XX əsrin əvvəllərindən qalma qədim güzgülər var. Çox gözəl düzəldilib.Habelə antik camlar, kuzələr var. Ötən əsrin əvvəllərindən qalmış samovarımızı da qoruyub saxlayırıq. Ondan nənəmin anası, nənəm istifadə ediblər. Səhənglərimiz, eləcə də digər əşyalarımız da var. Onların bir qismi misdən hazırlanıb. Həmçinin misdən hazırlanmış digər qədim məişət əşyalarını da qoruyub saxlayırıq. Həmin qablar babamın atasından qalıb. Babamı kənddə bir zamanlar yaşadığı evin 120 ildən çox yaşı var.Evimizdə bir neçə qədim teşti də qoruyub saxlayırıq.
- Babanız bu əşyaları harada saxlayırdı?
- Onun özünün qədim sandığı var. Həmin sandığın 100 ildən artıqyaşı var. Babam qədim əşyaların bir qismini həmin sandıqda saxlayırdı.
- Həmin sandıq sizdədir?
- Bəli, evimizdə saxlayırıq. Həmin sandığı babamızın anası cehiz gətirib. Sandığın üzərindəki naxışlar misdən hazırlanmış bəzək əşyalarıdır.
- Antikvar əşyaları sizdən istəyən olubmu?
- Bəli, bəziləri təklif edirdilər ki, bəzi əşyaları satım. Amma çox az pul təklif etdiklərindən, satmadım. Bəzi əşyalarım çoxdur. Münasib qiymətə almaq istəyənlər olsa, satardım.
- Qubanın dövlət orqanları bu əşyalarla maraqlanıb?
- Yox, çünki biz özümüz bu barədə onlara xəbər verməmişik. Bilsəydilər, bəlkə də maraqlanarlar. Antikvar əşyaları münasib qiymətə istəyən olsa, bəzilərini sata bilərik. Bu əşyaları babam Abusalamövladı Mətləbə verib. İndi həmin əşyalar ondadır. Ancaq qədim pulları mən yığıb saxlayıram. Qədim valyutaların bir neçə növünün kolleksiyasını yığıb toplamışam.
- Sizdə başqa hansı pullar var?
- Ötən əsrin 90-cı illərində - sonlarında tədavülə buraxılmış pulları da saxlayıram. Qədim dövrə aid 73 ayrı-ayrı əgkinasları yığıb saxlayıram.
Anar Tağıyev
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı