FHN dəhşətli yol qəzası ilə bağlı məlumat yaydı - FOTO
Bizi izləyin

Qırmızı.az

FHN dəhşətli yol qəzası ilə bağlı məlumat yaydı - FOTO

Fövqəladə Hallar Nazirliyi Bakı - Şamaxı yolunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az-ın nazirliyin saytına istinadən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “MERCRDES” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verməsi ilə bağlı müraciət daxil olub. Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 16:34-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm