Xırdalanda sex partladı: iki fəhlə öldü
Bizi izləyin

Qırmızı.az

Xırdalanda sex partladı: iki fəhlə öldü

Xırdalan şəhərində partlayış baş verib.

Abşeron rayon prokuroru Qənimət Səfərov bildirib ki, hadisə bu gün saat 12.00 radələrində Xırdalan şəhərində fəaliyyət göstərən taxta emalı sexində qeydə alınıb. Sexdə kompressorun partlaması nəticəsində orada işləyən fəhlələr – Aydın Fətullayev və Miraslan Ağayev ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

(APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm