AZAL-ın prezidenti ekipaj üzvlərinin peşəkarlığından danışdı
Bizi izləyin

Sosial

AZAL-ın prezidenti ekipaj üzvlərinin peşəkarlığından danışdı

Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev bildirib.

O qeyd edib ki, bu bizim üçün çox böyük hadisə idi:

“Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.

Həmçinin S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:

“Sağ qalan şəxslərin ölkəyə gətirməsi günü ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb. Qara qutunun oxunçası isə bağlı qanunvericiliyə uyğun proseslə hərəkət ediləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm