Qırmızı.az
QHT nümayəndələri ADU-da imtahanları izlədi
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr Departamentinin universitetə dəvəti çərçivəsində bəzi QHT nümayəndələri imtahan prosesini izləyib.
Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli imtahan prosesini izləyib. Həmçinin universitetdə yaradılan Operativ Qərargahın üzvləri və valideynlər də bu prosesdə iştirak edib.
İştirakçılar imtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini bildiriblər.
İmtahan sualları ilə maraqlanan Əliməmməd Nuriyev aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb.
Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini, heç bir qayda pozuntularının olmadığını və lazımi şərait yaradıldığını bildirdilər.
Xatırladaq ki, dekabrın 27-də Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verilib. Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun 4 noyabr 2014-cü il tarixində imzaladığı 100 saylı əmrinə əsasən, dekabrın 27-dən yanvarın 18-dək universitetdə qış imtahan sessiyası keçiriləcək. Qiyabi şöbədə sessiya müddəti dekabrın 22-dən yanvarın 26-dək müəyyən edilib.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı