Qırmızı.az
İcra başçısı gəncləri hərbi xidmətə yola saldı – FOTOLAR
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, Gəncənin “Bayraq Meydanı”nda həqiqi hərbi xidmətə gedən gənclərin yola salma mərasimi təşkil olunub.
Publika.az-ın məlumatına görə, tədbirdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının şöbə müdiri Hüseyn Budaqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisi Emin Bağırov, Vətən uğrunda döyüşüb fəxri ad almış veteranlar, həqiqi hərbi xidmətə çağırılan gənclər və onların valideynləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra, tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisi Emin Bağırov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb.
Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev çıxış edərək gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzulayıb.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının şöbə müdiri Hüseyn Budaqov isə Azərbaycanın güclü ordusu olduğunu, vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək, bu gün hərbi xidmətə gedən gənclərə sağ-salamat qayıtmağı arzu edib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov çıxış edərək, gənclərə inamlı olmağı, qətiyyətlə və vicdanla vətənə xidmət etməyi diləyib.
Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söyləyiblər və onlara vətənin layiqli əsgəri olmağı tövsiyə ediblər.
Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içiblər.
Vasif Həsənli
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO