Qırmızı.az
Qarlı hava şəraitiylə bağlı qərargah yaradılıb
Soyuq hava şəraiti və yağan aramsız qarla əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dünəndən etibarən gücləndirilmiş iş rejiminə keçiblər.
Publika.az-a bununla bağlı açıqlama verən sözügedən idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yol polisinin bütün inzibati ərazi üzrə səfərbər edildiyini və hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini qeyd edib:
“Polis təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə ötən gündən gücləndirilmiş iş rejimilə çalışır. Hazırda yol polisi əməkdaşları paytaxtın enişli-yoxuşlu, sərt döngəli yollarına, körpü və tunellərinə tam nəzarət edir. Bütün şəxsi heyət səfərbər edilib, paytaxtın inzibati əraziləri nəzarətə götürülüb”.
Vaqif Əsədov onu da bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin qış qarajı, həmçinin “Azəryolservis” ASC-nin bütün şəxsi heyəti ilə birgə fəaliyyət göstərməklə şəhər yollarında təhlükəsizliyini təmin edir:
“Yollar buz olsa da, tərəfimizdən müvafiq tədbirlər görülür. Bakı Şəhər İcra Hakimiyyətinin qış qarajının 50-yə yaxın texnikası – 30 qumsəpən maşını və 20 qar təmizləyən maşını, eyni zamanda bütün şəxsi heyəti, “Azəryolservis”in bütün texniki vasitələri və əməkdaşları Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birgə paytaxtda iş aparır. Qeyd edim ki, adıçəkilən qurumların əməkdaşları birlikdə vahid bir qərargah yaratmışıq və həmin qərargah vasitəsilə yolların təhlükəsizliyinə tam nəzarət edirik”.
Vaqif Əsədov onu da bildirib ki, ötən gündən indiyədək 50 yol nəqliyyat hadisəsi qeydə alınıb:
“Bu da yol və meteoroloji şəraitin sürücülər tərəfindən nəzərə alınmaması səbəbindən baş verib. Sürücülərə məsləhət görərdim ki, sürüşmə ehtimalı olan ərazilərdə əyləc sistemindən istifadə etməsinlər, sürəti minimuma endirsinlər, sərt döngələrdə ehtiyatlı olsunlar, qış şinləri olmayan nəqliyyat vasitəsilə yola çıxmasınlar”.
Vazeh
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA