Qırmızı.az
Hərbi hissələr qış mövsümünə necə hazırlaşıb?
Müdafiə nazirinin təsdiq etdiyi əmrlərin tələblərinə və plana uyğun olaraq yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələr artıq çoxdan qış mövsümünə hazırdırlar və bu istiqamətdə müvafiq tədbirlər yerinə yetirilib.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər.
Müdafiə Nazirliyi bildirir ki, Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələr qışa hazırlıq prosesini çoxdan yekunlaşdırıb, şəxsi heyət qış geyim forması və isti paltarla, bölmələr təbii qaz, dizel, soba və odun yanacaqları ilə normalara uyğun olaraq tam təmin edilib: “Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə hərbi qulluqçular gündəlik ümumqoşun ərzaq payı normalarından əlavə müəyyən edilmiş qaydada ərzaq payı ilə təmin olunublar.
Eyni zamanda yüksək dağ şəraitində yerləşən bölmələrin şəxsi heyətinin stasionar şəraitdəki kimi yüksək kalorili, milli çeşidli və keyfiyyətli yeməklərlə qidalanmaları üçün həmin bölmələr konservləşdirilmiş 1-ci və 2-ci milli yeməklərlə də təmin ediliblər”.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı