Buz bağlamış yollar neçə nəfəri xəstəxanalıq etdi? - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Buz bağlamış yollar neçə nəfəri xəstəxanalıq etdi? - RƏSMİ

Ötən gün şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gün ərzində 13 nəfər yıxılaraq xəsarət alıb. Xəsarət alanlar arasında 10 yaşlı uşaq da var.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ şöbəsindən məlumat verilib.

Xəsarət alanların 9-u qadın, 4-ü kişidir. Yaralananların 10-u xəstəxanaya yerləşdirilib, 3-nə yerindəcə yardım göstərilib.

10 yaşlı uşaq da daxil olmaqla 3 nəfər kəllə-beyin travması aldığına görə Respublika Neyrocərrahiyyə Xəstəxanasına, qalanları aşağı ətrafların zədələnməsi diaqnozu ilə digər xəstəxanalara yerləşdirilib. Hadisələr əsasən, paytaxtın Xətai, Binəqədi, Səbail, Yasamal rayonlarında baş verib.

Yolların buz bağlaması nəticəsində paytaxtda 7 yol nəqliyyat hadisəsi ilə bağlı təcili yardıma müraciət edilib. Hadisələr nəticəsində 19 nəfər zərər çəkib. Onlardan 3-nü maşın vurub, qalanları xəsarət alıb. Yaralıların 17-si xəstəxanaya yerləşdirilib, 2 nəfər isə ölüb. Yaralıların 13-ü Kliniki Tibbi Mərkəz, 4-ü 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.

Bu məlumatlar yalnız təcili yardıma müraciət edənlərdir. Ötən gün xəsarət alanlar arasında özü xəstəxanaya gedənlər də var.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Publika.az-a verilən məlumatda bildirilib ki, ötən gün küçə zədələnmələri ilə 26 nəfər xəstəxanaya gətirilib. Onların əksəriyyəti məhz qarlı hava şəraiti ilə əlaqədar zədələnənlərdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm