Qırmızı.az
Sumqayıtda şagirdin döyülməsi barədə xəbər araşdırılır
Sumqayıtda 37 saylı məktəbdə şagird müəllimə tərəfindən döyülüb.
Publika.az-ın məlumatına görə, bu barədə Emin adlı şagirdin anası sosial şəbəkədə bu barədə yazıb.
Sumqayıt Şəhər Təhsil İdarəsindən bildirdilər ki, bu xəbərlə bağlı məlumatları var və araşdırma aparılır:
“Bu gün səhər məktəb direktoru ilə əlaqə saxlamışıq. Həmin şagird bu gün məktəbə gəlməyib. Məktəb rəhbərliyi də onların evinə gedib, dərsə gəlməməsinin səbəbi ilə maraqlanacaq. Müəllimədən də izahat alınıb, o, belə bir hadisənin olmadığını deyib. Biz məktəbə məlumat verənə qədər direktor və müəllimə bu məlumatdan xəbərsiz idi”.
İdarədən bildirdilər ki, ehtiyac olarsa, onlar da məktəbə baş çəkib, hadisə ilə maraqlanacaqlar.
Qeyd edək ki, Sitarə Zəngəzurlu adlı şəxs sosial şəbəkədə
oğlunun şəklini paylaşaraq, onun müəlliməsi tərəfindən döyüldüyünü
bildirib.
“Sumqayıt şəhər 37 saylı məktəbdə təhsil alan oğlum, 6 b sinfinin şagirdi Emin və sinif rəhbəri Gülşarə tərəfindən döyülərək bu hala gəlib, hal-hazırda oğlumun vəziyyəti pisdir”.
Gülxar
-
İKT11:06
“Whatsapp”a "ev yıxan" yenilik gəlir
-
Yaxın Şərq10:30
Rusiyanın hərbi bazaları necə olacaq? - Suriyanın yeni hakimiyyətindən rəsmi açıqlama
-
Avropa09:18
Zelenski Parisdə Trampa görün nə deyibmiş: Putin yalnız ondan qorxur və...
-
Dünya09:12
Ağlasığmaz məbləğ: Əsəd Suriyadan bu qədər pul çıxarıb
-
İdman08:48
Qurban Qurbanovun oğlu "Traktor"a transfer olunur?
-
Nəqliyyat08:36
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
ABŞ08:00
ABŞ-da güclü zəlzələ oldu
-
Ekopublika.az06:16
Yeni il qabağı ərzaq QİYMƏTLƏRİ - VİDEO