Qırmızı.az
Beyləqanda müəllimlərin maaşının gecikdirilməsinə münasibət
Mətbuatda Beyləqan rayonunda müəllimlərin əmək haqqının gecikdirilməsi, müəllimlərin sonuncu dəfə ötən ilin oktyabrında əmək haqqı almaları barədə məlumat yayılıb.
Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət olunmayıb.
Beyləqan RTŞ-nin müdir müavini Hüsaməddin Babayevin Publika.az-a verdiyi məlumata görə, rayonun ümumtəhsil məktəblərinin müəllimlərinə hər ay vaxtlı-vaxtında əmək haqqı verilib. Onlar 2014-cü ilin dekabr ayının əmək haqqını da alıblar.
Rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun müəllimlərin dərs saatları ilə bağlı iclas keçirməsinə gəldikdə, H.Babayev bildirib ki, 30 dekabr 2014-cü il tarixindən məzuniyyətdədir. Onun 8 yanvar 2015-ci il tarixində rayonda iclas keçirməsi həqiqətə uyğun deyildir.
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO