Qırmızı.az
Komitə 200-ə yaxın obyektdə satışı qadağan etdi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 2168 qərar verilib.
Komitədən Publika.az-a verilən məlumata görə, bunlardan 1130-u ərzaq məhsullarının, 645-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 393-ü isə dövlət metroloji nəzarəti ilə bağlı olub.
Aparılmış yoxlamalar zamanı 1290 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə nöqsanların aradan qaldırılması ilə bağlı qərar verilib.
Aşkar olunmuş pozuntularla əlaqədar 652 inzibati xəta haqıında protokol tərtib edilməklə 303.800 (üç yüz üç min səkkiz yüz) manat cərimə tətbiq edilib. Məhsul partiyası satışının qadağan edilməsi barədə 536 məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib. Ümumilikdə 189 sahibkarlıq subyektinə məhsulların istehsalı və satışının qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib.
İstehsalın və satışın qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlardan 12-si unlu-qənnadı məmulatları, 21-i çörək məmulatları, 3-ü boya istehsalı, 9-u süd məhsulları, 5-i alkoqolsuz içkilər, 6-sı kolbasa istehsalı, 1-i polivinilxlorid (PVX) profillər, 132-si isə digər məhsul növləri istehsal edən təsərrüfat subyektlərinə verilib.
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.