81 yaşlı kişi qısqanclıq zəmnində qarısını öldürdü - FOTO
Bizi izləyin

Qırmızı.az

81 yaşlı kişi qısqanclıq zəmnində qarısını öldürdü - FOTO

50 illik həyat yoldaşı Adalet Kahramanı baltalayan 81 yaşlı Ali Kahraman Ağır Cəza Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ərzurumda qeydə alınıb. Məhkəmə istintaqı zamanı bəlli olub ki, 3-ü oğlan olmaqla 5 övladları olan Adalet və Ali cütlüyü arasında mübahisə yaranıb. Əsəbləri tarıma çəkilən ər mübahisə zəminində həyat yoldaşını baltalayıb və daha sonra polisə təslim olub.

Polisin araşdırmalarından sonra o, məhkəmə qərarı ilə E Tipli Cəza evinə yerləşdirilib.


Bu gün isə onun işilə bağlı 2-ci Ağır Cəza Məhkəməsində ilkin məhkəmə prosesi keçirilib. Qulaqları zəif eşitdiyi üçün proses boyunca uca səslə danışan 81 yaşlı Ali Kahraman «Kəndə dönmək istəyirdim. Bu barədə həyat yoldaşıma bir neçə dəfə xəbərdarlıq etmişdim. O isə kəndə getmək istəmirdi. «Sən hara gedirsən get, mən getmirəm. İstədiyim yerə gedərəm», deyə mənə etiraz etdi. Hadisə baş verdiyi gün eyni səbəbdən yenidən aramızda mübahisə düşdü. Namaz qıldıqdan sonra yatdıq. O, sağ tərəfi üstə yatmışdı. Mən onu sol tərəfindən baltaladım. 420 lirə maaş alırdım. Onun da 225 lirəsi kirayə qaldığımız ev üçün gedirdi. Kommunal xərcləri nə ilə ödəyim? Hadisə kasıbçılıq ucbatından oldu. Arvadımı naməhrəmdən qısqanırdım. Bu da səbəblərdən biridir», deyə məhkəmədə ifadə verib.


Bundan sonra Ali Kahramanın nəvəsi Yusuf Kahraman prosesdə şahid qismində dindirilib. O, babasının daim nənəsini söydüyünü qeyd edib: «Babam kənddə yaşadığı vaxtlarda nənəmi tövləyə salıb onun üstünə benzin töküb yandırmaq istəyirdi. Bunu bizə nənəm danışmışdı. Babam nənəmi bizdən də qısqanırdı. Onlar daim mübahisə edir, bir-birinə çığırırdı».


Beləliklə, 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə Ali Kahraman ömürlük azadlıqdan məhrum edilib.


Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm