Qırmızı.az
“Dedilər ki, sizə bircə saat vaxt veririk” – “28 May”dakı söküntünün təfərrüatı - FOTOLAR
Metropolitenin "28 May" stansiyasının qarşısındakı yeraltı piyada keçidində yerləşən ticarət mərkəzinin girişində fəaliyyət göstərən köşklərin sökülməsinə qərar verilib.
Publika.az xəbər verir ki, bununla bağlı qərar satıcıların özləri üçün də gözlənilməz olub.
Maraqlıdır ki, ticarət köşkünün girişindəki köşklər sökülsə də, yeraltı piyada keçidinin içindəki mağazalar hələ də fəaliyyət göstərir. Biz keçiddə müşahidə apararkən sökülmüş mağazaların bir vaxt fəaliyyət göstərdiyi yerlər süpürgəçilər tərəfindən təmizlənirdi. Sökülmüş köşklərdən birinin satıcısı bildirdi ki, ona harada fəaliyyət göstərməsi haqda heç nə deməyiblər: “Köşkü sökülən satıcılardan biri də mənəm. Neçə vaxt idi, köşkü işlədirdim. İki gün əvvəl gözlənilmədən gəlib dedilər ki, sizə bircə saat vaxt veririk. Mağazanın içində nə varsa, boşaldın, köşkləri sökürük. Göstəriş verənlər özlərini ticarət mərkəzinin rəhbərliyinin təmsilçiləri kimi qələmə verdilər”.
İki gündür işsiz qaldığını deyən keçmiş satıcı ona ticarət mərkəzinin ərazisində fəaliyyət göstərmək üçün hər hansı yer təklif edilmədiyini bildirdi. O, bu səbəbdən mağazalardan birində əyləşərək rəhbərliyin gəlişini gözləyirdi.
Qeyd etdiyimiz kimi, ticarət mərkəzində heç də bütün köşkləri sökməyiblər. Sökülənlər yalnız yeraltı keçidin giriş hissəsində olanlardır. Satıcılardan bunun da səbəbini öyrəndik. Bildirdilər ki, yeraltı keçidin giriş hissələrində fəaliyyət göstərmiş köşklər qanunsuz imiş. Köşklərin sökülməsi barədə xəbərdarlıq edənlər bu addımı yayda paytaxtda start götürəcək birinci Avropa Oyunlarına hazırlıq işləri, o cümlədən keçidin daxili hissəsinin genişləndirilməsi və təmizlik işləri ilə əsaslandırıblar. Üstəlik, bu qərarın heç də bütün mağazalara aid olmadığını bildiriblər: “Kimin nə qədər malı vardısa, hamısını daşıyıb evinə apardı. Çünki maya dəyərindən aşağı mal satmaq sərf eləmir”.
Yeraltı keçiddə söhbətləşdiyimiz satıcılar onlara mağazalarının sökülüb-sökülməyəcəyi barədə heç bir xəbərdalığın edilmədiyini, bu səbəbdən də hər kəsin öz işi ilə məşğul olduğunu bildirdilər. Yeraltı keçiddə müşahidələr apararkən buranın bəzi hissələrində işıqlandırma sisteminin təmir olunduğu, sökülmüş köşklərin izlərinin silindiyi diqqətimizi çəkdi.
Özünü ticarət mərkəzinin işçiləri kimi qələmə verənlər sökülmüş köşklərin satış elanlarını divarlardan qoparırdılar.
Anar
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı