Müəllimlərin maaşı hansı formada artırılacaq? - VİDEO ŞƏRH
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin maaşı hansı formada artırılacaq? - VİDEO ŞƏRH

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.


Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov sərəncamdan irəli gələn məsələlərə aydınlıq gətirdi.

- Cəsarət müəllim, artım nə qədər müəllimi əhatə edir? Adətən müəllimlərin maaşı 10-30 faiz artırıldığı halda, birdən-birə iki dəfə artırılması bir az çoxlarını çaşdıra bilər. Xüsusilə neftin qiymətinin dünya bazarında kəskin şəkildə azaldığı halda.

- Cənab prezidentin bu sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirimədən keçən müəllimlərimizin dərs yükü norması 1,5 dəfə, vəzifə maaşları iki dəfə artırılacaq. Və bu artım yanvarın 1-i 2015-ci ildən başlayaraq icra olunacaq. Mahiyyət etibarilə bu böyük bir yanaşmadır. Eyni zamanda bu sərəncam 30 minə yaxın müəllimi əhatə edəcək. Qeyd etdiyiniz kimi bu Azərbaycan dövlətinin humanitar mahiyyətini, sosial prioritetini bir daha aydın şəkildə dərk olunmasına şərait yaradır.

- Cəsarət müəllim, konkret olaraq əvvəl müəllim nə qədər əməkhaqqı alırdı? İndi müəllimim əməkhaqqı iki dəfə artır. Bu artım hansı müəllimlərə şamil ediləcək. Çünki vəzifə maaşının artırlması bəzən onların sinif rəhbəri olmasına görə, hansısa bir inzibati vəzifə tutduğuna görə başa düşülür. Bu kimlərə şamil edilir?

- Ümumiyyətlə dərs yükünün artırılması ilə əməkhaqqının artırılması söhbəti diqqət çəkən məqamdır. Təbii ki, bu bizim müəllimlərimizin əməkhaqqının artırılması və onların güzəranlarının yaxşılaşmasına səbəb olacaq. Dərs yükünün artırılmasına gəlincə isə 12 saatdan, 18 saata qədər artırılır. Və bu da onların vəzifə maaşının adekvat olaraq artmasına şərait yaradacaq. Qeyd edək ki, həm müəllimlərin stajına görə, həm də onların əlavə iş, məsələn, sinif rəhbəri olmasına görə, eləcə də müxtəlif dərnək rəhbərləri, müxtəlif ictimai işlərə cəlb olunduğuna görə əlavə vəsaitlər hesablanacaq. Bu da onların hiss edəcəyi qədər, yəni kifayyət edəcəyi qədər yüksək bir əməkhaqqı vəd edir.

- Cəsarət müəllim, dediniz ki, onda dərs yükü aşağı olan müəllimlərin dərs yükü norması artırılacaq. Dərs yükü norması artırılması məsələsinə aydınlıq gətirərdiz?

- Dərs yükü norması 12 saatdan artırılaraq 18 saata qaldırılır. Bununla bağlı bütün detallar ciddi olaraq yaxın günlərdə açıqlanacaq. Bir məqamı burda qeyd etmək istəyirəm ki, bəzən bizə belə bir sualla müraciət edirlər ki, diaqnostik qiymətləndirmə nədir? Bu tədbir Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının müddəalarından biri hesab olunur. 2013-cü ilin oktyabrın 24-də cənab prezidentin sərəncamı ilə təsdiq olunub. O sərəncama uyğun olaraq qeyd olunan Dövlət Strategiyası tədbirlərində, eyni zamanda diaqnostik qiymətləndirimə - müəllimlərin sınaq qiymətləndirməsilə bağlı məqamlar vardır ki, bu 2014-cu ilin yayında keçirildi. Bu qiymətləndirmə nəticəsində ümumi diaqnostik mənzərə göz önünə gəldi. Burada iştirak etmiş 30 min müəllim, yəni burada hansı bal yığmasından, hansı nəticəni göstərməsindən asılı olmayaraq heç bir müəllimin bu məsələdən kənarlaşdırılmasından söhbət getmir. 30 min müəllimin əməkhaqqının artırılması və onların qeyd elədiyim ki, tədris yükünün olmasına adekvat olaraq artırılmasından söhbət gedir.

- Cəsarət müəllim, dərs yükü kifayyət qədər olan müəllimlər bu artımı necə hiss edəcəklər?

- Onlar bu artımı daha yaxşı hiss edəcəklər. Təbii ki, müəllimlər var ki, bir stavka, stavka yarım dərs deyirlər. Bu təbii ki, onların əməkhaqqlarının üzərinə gələn artım ölçüsünə adekvatdır.

- Cəsarət müəllim, bu sərəncam 30 min müəllimi əhatə edir. Ümumilikdə müəllim ordusunun sayını siz bizdən daha yaxşı bilirsiniz.

- Dövlət Strategiyasında qeyd olunduğu kimi bu məsələlər mərhələli şəkildə olacaq. Bir daha qeyd edirəm ki, bu, Azərbaycan dövlətinin sosial sahənin bir daha prioritetdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm