İnternatdan qaçan uşaq tapıldı
Bizi izləyin

Qırmızı.az

İnternatdan qaçan uşaq tapıldı

10 saylı internat müəssisəsində təhsil alan 2001-ci il təvəllüdlü Həsənov Vəzir Azər oğlu itkin düşüb. Atasının hüquq mühafizə orqanlarına verdiyi məlumata görə, Vəzir internata getmək üçün evdən çıxıb. Lakin o, məktəbə də getməyib.

10 saylı internat məktəbinin direktoru Münəvvər Əşrəfova Publika.az-a Vəzirin məktəbə yox, rayona getdiyini deyib:

“Atasının nə üçün belə bir məlumat yaydığını bilmirəm. Amma uşaq məktəbə deyil, rayona gedib. Biz artıq əlaqə saxlamışıq, hazırda o, evdədir. Uşaqlar bizim müəssisədə gecələr də qalır. Vəzir sonuncu dəfə dekabrın 25-də Yeni il şənliyində iştirak edib, sonra evə gedib. Yanvarın 5-də məktəbə qayıtmalı idi. Evdən məktəbə getmək üçün çıxıb, lakin Kürdəmirə dayısıgilin evinə gedib. Dayısı bu barədə atasıgilə məlumat verməməyi xahiş edib. Qardaşı Xalid onun məktəbə çatdığını öyrənmək üçün zəng edib və burada olmadığını öyrənib. Daha sonra atası polisə bu barədə məlumat verib. Yalnız dayısı zəng edib Vəzirin onlarda olduğunu deyəndən sonra, ayın 8-də atası polisdən ərizəsini geri götürüb”.

Direktorun sözlərinə görə, uşağın atası Vəzirin internatda oxumaq istəmədiyini bildirib:

“Uşaq dələduz, nadinc və hazırcavab idi. İnternatda qalmaq istəmirdi. Lakin bizim müəssisəyə diaqnozla yerləşdirilmişdi. Çünki məktəbimiz revmatizm xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulub. Bu uşaqların nə fiziki, nə də psixoloji problemləri yoxdur. Onun qardaşı da bizim məktəbi bitirib, çox tərbiyəli uşaq idi. Vəzir 2010-cu ildən bizim məktəbə gəlib, hazırda 7-ci sinifdə oxuyur, əvvəllər Kürdəmirdə təhsil alıb. Vəzirin burada oxumaq istəmədiyini bilirdik. İndi atası bizə uşağın internatda oxumaq istəmədiyini, uşağı məktəbdən çıxarmaq istədiyini deyib. Bizim heç bir etirazımız yoxdur. O, yaxınlıqdakı orta məktəbdə digər uşaqlarla birlikdə oxuya bilər. Həmin məktəbin onu qəbul etməsi ilə bağlı sənəd təqdim etsə, biz də sənədlərini verəcəyik. Vəzir ikinci yarımili həmin məktəbdə oxuyacaq. Lakin yeni məktəbə yerləşdirilənə qədər o, internata gəlməlidir. Bu barədə qardaşı Xalidə məlumat vermişəm. Yanvarın 21-də Vəziri məktəbə gətirəcəklərinə söz verib”.

Xatırladaq ki, bu barədə xəbəri lent.az saytı yazıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm