Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Sabah hava yağmursuz və küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, sabah səhər Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Sabah gündüz saatlarında havanın buludlu olacağı, arabir açılacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 7-11 dərəcə isti olacaq.

Axşam dəyişkən buludlu, yağmursuz olacağı, bəzi yerlərdə zəif duman müşahidə ediləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu 4 dərəyədək isti olacaq.

Yanvarın 20-də Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Qeyd edık ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitində müşühm dəyişiklik gözlənilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm