Şabranda ara qarışdı, rəis müavini söz verdi
Bizi izləyin

Qırmızı.az

Şabranda ara qarışdı, rəis müavini söz verdi

Şabranda fəaliyyət göstərən “Qala” özəl mühafizə şirkəti işçilərə maaşlarını vermədiyi üçün rəhbərliyin evi qarşısında aksiya keçirilib.

Şabrandakı mənbədən Axar.az-a verilən məlumata görə, 90 nəfərin iştirakı ilə şirkətin rəhbəri, ötən ilə qədər sahə müvəkkili vəzifəsində çalışmış Şakir Həbibovun evi qarşısında mitinq olub.

Təqaüdə çıxandan sonra polis sıralarından ayrılan firma rəhbəri “Qala”ya başçılıq edib. Şirkət mühafizə xidmətinə depozitlə işçi cəlb etməyə başlayıb. Hər bir əməkdaş 2000-2500 manat civarında depozit qoyub və üç aydan gec olmamaq şərti ilə əmək haqlarını alıb. Məlumatda bildirilir ki, şirkət rəhbəri depozit qoyan işçilərə maaş vermədiyinə görə narazılar evinin qarşısına toplaşıb.

“Qala” rəhbəri onların qarşısına çıxmayıb və əraziyə polis qüvvələri cəlb olunub. Aksiya iştirakçıları arasında saxlanılanlar olub. Digər etirazçılar isə saxlanan həmkarlarının ardınca Şabran Rayon Polis şöbəsinə üz tutublar. Aksiyaçıların qabağına rayon polis rəisinin müavini Laçın Hacıyev çıxıb və problemin bir neçə günə həll ediləcəyinə söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm