Müəllim hazırlığında yenilik
Bizi izləyin

Qırmızı.az

Müəllim hazırlığında yenilik

Müəllim hazırlığı sistemində internatura modeli tətbiq ediləcək.

Publika.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Bu qaydaların 2016-2017-ci illərdə hazırlanması nəzərdə tutulub.

2015-2016-cı illərdə müəlim peşəsinin nüfuzunun artırılması məqsədilə dövlət siyasətinin inkişaf mərhələləri müəyyənləşdiriləcək.

Səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması nəzərdə tutulub. Bu mexanizmlər 2016-cı ildən tətbiq ediləcək.

2017-ci ildən başlayaraq, mütəmadi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırlması üzrə yeni sistemin hazırlanması və tətbiqi nəzərdə tutulub.

Müəllimlər arasında sağlam rəqabətin stimullaşdırılması üçün müsabiqələr, o cümlədən qrant layihələri həyata keçiriləcək.

Bu işlərin həyata keçirilməsi Təhsil Nazirliyi və Nazirlər Kabinetinə həvalə edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm