Qırmızı.az
Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlarına sui-qəsd - VİDEO
Somalidə Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlarına sui-qəsd edilib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, terrorçular Türkiyə prezidenti Rəcəb Ərdoğanın bu ölkəyə səfərinin hazırlığı üçün paytaxt Moqadişiyə gələn Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlarını öldürməyə cəhd ediblər.
Somali hüquq-mühafizə orqanlarının əməkdaşının sözlərinə görə, Türkiyə nümayəndə heyətinin olduğu mehmanxananın qarşısında içinə partlayıcı maddə qoyulan avtomobil partladılıb.
Ölən və yaralananlar barədə ziddiyyətli xəbərlər gəlir. “Sky News Arabia” telekanalı beş nəfərin öldüyünü xəbər verib. Onlarla yaralının olduğu deyilir. Türkiyə baş naziri Əhməd Davudoğlu isə 3 Somali vətəndaşının öldüyünü, Türkiyə nümayəndə heyətindən bir nəfərin yüngül yaralandığını bildirib.
“Reuters” agentliyi bildirib ki, partlayışa görə məsuliyyəti "Aş-Şabab" qruplaşması öz üzərinə götürüb.
Ərdoğanın administrasiyasının nümayəndəsi isə prezidentin 23 yanvar tarixinə planlaşdırılan səfərinin ləğv edilməyəcəyini deyib.
Ömər Dağlı
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO