Qırmızı.az
“Lotu Quli”yə telefon gətirən vəkildən yeni xəbər
Bakı Apelyasiya Məhkəməsində həbsdə olan kriminal avtoritetə telefon keçirməkdə təqsirli bilinən məşhur vəkil Kamandar Rəfi oğlu Nəsibovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb.
Nadir Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Kamandar Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham edilib.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Kamandar Nəsibova cərimə
cəzası kəsilib. Hökmdən narazı qalan Kamandar Nəsibov apelyasiya
şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını
istəyib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamandar
Nəsibovun şikayəti üzrə keçirilən proses baş tutmayıb. Buna səbəb
Kamandar Nəsibovun məhkəmənin ilkin baxış iclasının qərarından
kasasiya şikayəti verməsi olub.
Kamandar Nəsibov məhkəmənin qərarından Ali Məhkəməyə şikayət edib. Bu səbədən apelyasiya instansiyasında iş dayandırılıb və iş materialları baxılması üçün Ali Məhkəməyə göndərilib.
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO