Anbar tamam yandı, mağazalar dağıdıldı: Xaçmaz bazarı qəsdən yandırılıb?
Bizi izləyin

Qırmızı.az

Anbar tamam yandı, mağazalar dağıdıldı: Xaçmaz bazarı qəsdən yandırılıb?

Dünən gecə saat 12:00 radələrində Xaçmaz şəhərindəki Bazardüzü ticarət mərkəzində yanğın baş verib.

Yerli sakinlərin Publika.az-a verdiyi məlumata görə, hadisə zamanı sahibkar Rübail Cəfərova məxsus 160 kvadratmetrlik anbar tamamilə yanıb. Anbarın içindəki geyim əşyaları və təsərrüfat malları yanaraq külə dönüb. Fövqəladə Hallar Nazirliyinin Xaçmaz yanğından mühafizə xidmətinin əməkdaşları alovun digər anbarlara keçməsinin qarşısını alıblar.

Anbarın yaxınlığında R. Cəfərova məxsus 2 mağazanın şüşələri sındırılaraq içəridəki mallar dağıdılıb. Sahibkar yanğının qəsdən törədildiyini iddia edir.


Faktla bağlı FHN-in Xaçmaz regional mərkəzi və yerli hüquq-mühafizə orqanları təhqiqat aparır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm