İşgüzar məhbusların sayı çoxalıb - FOTO
Bizi izləyin

Qırmızı.az

İşgüzar məhbusların sayı çoxalıb - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin 2014-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun sədrliyi ilə keçən müşavirədə 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Mahir Əliyev hesabat məruzəsi ilə çıxış edərək məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi, ayrı-ayrı xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müəyyən nəticələr əldə edildiyi, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlərin davam etdirildiyi barədə məlumat verib.

Məruzədən sonra ayrı-ayrı xidmət sahələri rəhbərlərinin çıxışları dinlənilib.

Rəis müavini müşavirəyə yekun vuraraq, müəssisənin fəaliyyətində əvvəlki illərlə müqayisədə müsbət dönüş olduğunu vurğulayıb, xüsusilə istehsalat sahəsindəki dəyişiklikəri, ötən illərlə müqayisədə əməyə cəlb olunan məhkumların sayının artırılaraq 30 faizə qədər çatdırılmasını və bunun nəticəsi olaraq cinayət işləri üzrə vurulmuş maddi ziyana görə məhkumlar tərəfindən hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin 94 535 manat olmasını təqdirəlayiq hesab edib.

Eyni zamanda, konkret çatışmazlıqları nəzərə çatdıran H.Əlixanov nəticə etibarilə müəssisənin 2014-cü il ərzindəki fəaliyyətinin yekunlarını qənaətbəxş hesab edib. O, ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun Xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələri bir daha şəxsi heyətə xadırladaraq, xidməti fəaliyyət zamanı əməkdaşların davranışlarının ədliyyə etikasına uyğunluğunun, əməkdaşlar arasında, eləcə də əməkdaşlarla məhkumlar arasında münasibətlərin mövcud təlimatların tələblərindən kənara çıxmamasının zəruriliyini qeyd edib. Xidmətdən kənar əlaqələrin, o cümlədən korrupsiya hallarının yolverilməz olduğu, belə hallara qarşı Xidmət rəhbərliyinin barışmaz və qətiyyətli mövqe tutduğu bir daha vurğulanıb.

Müşavirə başlamazdan əvvəl Penitensiar Xidmətin rəis müavini H.Əlixanov müəssisənin istehsalat sahələrinə baş çəkib və məhkumlarla görüşüb. Müəssisədə saxlanma şəraiti ilə bağlı məhkumlardan heç bir şikayət daxil olmayıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm