Qırmızı.az
Yağıntılı hava şəraiti davam edəcək
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-3, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 25-də havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı