Həbsxanadan azad olunan gənclərlə bağlı yenilik
Bizi izləyin

Qırmızı.az

Həbsxanadan azad olunan gənclərlə bağlı yenilik

Cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial reabilitasiyası ilə bağlı tədbirlər həyata keçiriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda qeyd olunub..

Strategiyada həmçinin, yüksək riskli qruplardan olan gənclərə sosial-psixoloji və hüquqi yardımın göstərilməsi üçün məsləhət və yönləndirmə sistemi formalaşdırılması da nəzərdə tutulub. Müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq da strategiyanın əsas istiqamətlərindən biridir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm