Neftin qiymətinin düşməsi pensiyaların maliyyələşməsinə necə təsir edəcək?
Bizi izləyin

Qırmızı.az

Neftin qiymətinin düşməsi pensiyaların maliyyələşməsinə necə təsir edəcək?

Neftin qiymətinin düşməsi pensiyaların maliyyələşməsinə təsir etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə dövlət sosial müdafiə fondunun (DSMF) sədri Elman Mehdiyev neftin qiymətinin düşməsi fonunda pensiyaların verilməsində yarana biləcək problemlərlə bağlı danışarkən bildirib. Son dövrlər neftin qiymətinin düşməsi və bununla bağlı bir sıra problemlərin yaranmasının müxtəlif ölkələrdə müşahidə olunduğunu deyən Fond sədri bildirib ki, Azərbaycan Respublikasında ötən il pensiyaların maliyyələşməsi prosesində heç bir problem olmayıb:

“Biz ötən ilin pensiyaların maliyyələşməsini dekabrın 17-də tam yekunlaşdırdıq və 2015-ci il yanvarın 1-nə 130 milyon manatlıq sərbəst qalıqla keçdik. Bu, Azərbaycanın dinamik iqtisadi inkişafının bir daha təzahürüdür. Azərbaycanda qurulmuş pensiya-sığorta sisteminin iqtisadi inkişafla birbaşa əlaqəli fəaliyyət göstərməsi və bu iqtisadi inkişafın dinamik tərzdə davam etməsi əhalinin pensiya təminatında da etibarlı sosial müdafiəni reallaşdırmağa təminat verir”.

Yanvarda pensiyaların maliyyələşdirilməsinin qrafikdən əvvəl yekunlaşdırıldığını deyən E. Mehdiyev bildirib ki, bütün bunlar DSMF-nin büdcəsinin icrasında heç bir problem olmadığını göstərir. Onun sözlərinə görə, qarşıdakı dövrdə də pensiyaların maliyyələşdirilməsində ölkənin dinamik iqtisadi inkişafın yaratdığı nəticələrdən bəhrələniləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm