Qırmızı.az
Açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı yeni qaydalar
Azərbaycanda açıq məkanda reklamın yerləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq ediləcək.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, parlamentin fevralın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Reklam haqqında” qanun layihəsinə görə, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.
Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər tərbiyə və orta təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyətinin müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.
Bununla yanaşı, bioloji aktiv maddələrin, qida əlavələrinin, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamının açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilməsi qadağan edilir.
Dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə də reklamın yerləşdirilməsi qadağandır.
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə