Qırmızı.az
Baş Prokurorluq və nazirlik Lamiyə ilə bağlı araşdırmalara başladı
Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə günahlandırılan məhkum Lamiyə Quliyevanın uşaq doğması ilə bağlı rəsmi araşdırmalara başlanılıb.
Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat
xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Ədliyyə Nazirliyinin
Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən
1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında
uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş
Prokurorluq tərəfindən birgə müvafiq araşdırmalar aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü
ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə)
maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı
Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı
Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə
Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə
azadlıqdan məhrum edilib. Sonradan L.Quliyevanın barəsində 317-ci
(cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal
fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin
cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir. Onu da qeyd edək ki, L. Quliyeva bir müddət əvvəl ana olub.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"