“Sovetski” məhəlləsinin sakinləri piket keçirib
Bizi izləyin

Qırmızı.az

“Sovetski” məhəlləsinin sakinləri piket keçirib

Bakının “Sovetski” deyilən məhəlləsinin bir qrup sakini fevralın 16-da etiraz aksiyası keçirib.

Bakının “Sovetski” deyilən məhəlləsinin bir qrup sakini fevralın 16-da etiraz aksiyası keçirib.

Onlar evlərinin sökülməsi müqabilində verilən kompensasiyasının məbləğindən narazı olduqlarını bildiriblər.

Sakinlər 1 kv.m üçün 4000 manat tələb edirlər.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov hadisə yerinə gəlib. S. İslamov bildirib ki, sakinlərin razılığı olmadan onların heç birinin evi sökülməyəcək.

Aksiyada iştirak edənlər İcra hakiminin müavininə müraciətlərində “Ya pulu artırın ya da bizə ev verin. Əks halda evlerdən çıxmayacıq” deyə bildiriblər. Hətta bəzi aksiyaçılar özlərini və evlərini yandıracağını deyib.

İcra hakiminin müavini isə problemin həll olunacağı və bu məsələyə baxılacağı barədə əhaliyə söz verib.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm