Qırmızı.az
Ali təhsil müəssisələrinə qəbul qaydaları elan olundu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 1-ci sayında 2014/2015-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını dərc edib.
Publika.Az-ın məlumatına görə, bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu sənədlərlə diqqətlə tanış olub öz fəaliyyətini onların tələblərinə uyğun qurmalıdır.
Jurnalda 2014/2015 - cü tədris ili üçün ali təhsil müəssisələrinə
və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulu qaydaları, qəbul imtahanı proqramları verilib.
Həmçinin orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) və hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri, fənlər üzrə açıq tipli test tapşırığı nümunələri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları yer alıb.
“Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK
mütəxəssislərinin izahlı cavabları
TQDK-da informasiya mübadiləsinin yeni ünvanı bölümündə TQDK-nın
fəaliyyətinin bütün istiqamətlərinin facebook sosial şəbəkəsi
vastəsi ilə ictimaiyyətə çatırılması haqqında məqalə, test
tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası əks
olunub.
Qaydalar barədə daha ətraflı jurnalda məlumat verilib.
Gülxar
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO