Qırmızı.az
Azərbaycanda daha bir ana ölümü
Siyəzəndə ana ölümü baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə
Siyəzən Regional Diaqnostika Mərkəzində baş verib.
Belə ki, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Vəsiyyə
Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub. Qız uşağı dünyaya
gəlib. Uşağın vəziyyəti normal olub.
Əməliyyatdan sonra qadının də vəziyyəti yaxşı olub. Lakin bu gün
səhər saatlarında qəflətən vəziyyət dəyişib. Tibb bacısı palatada
uşağı bələyən zaman qadın halının pisləşdiyini deyib.
Reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaraq,
qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin müayinə zamanı qadına ağ ciyər iltihabı diaqnozu
qoyulub.
Diaqnostikanın baş həkimi Dadaş Hümbətovun ANS PRESS-in bölgə
müxbirinə verdiyi məlumata görə, bu qadının ilk hamiləliyi
olub.
Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO