Qırmızı.az
Emin Ağalarovdan həmkarımıza dəstək - FOTO
Bəstəkar-müğənni Emin Ağalarov leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədovaya hədiyyə göndərib.
Publika.az-ın məlumatına görə, bu barədə
G.Məmmədovanın həyat yoldaşı Murad Hüseynov sosial şəbəkədə
yazıb:
“Doğrusu, Emin Ağalarovun adından mənə zəng vurub onun Gülərə
dəstək olduğunu və ona hədiyyə göndərdiyini deyəndə inanmadım.
Telefon nömrəmi də “Trend” agentliyinin saytından tapmışdılar. Bu
günlər çox ağır günlərdir, heç kimə belə günlər arzulamıram. Ona
görə zəng vuran adama “problem yoxdur, görüşərik” dedim və
məsələnin davamı olmayacağını düşündüm. Dünən mənə bu hədiyyəni
çatdıranda və ən əsası, onu alan zaman Gülərin reaksiyasını görəndə
hər şeyin yaxşı bitəcəyinə ümidim artdı. Bizim indi mənəvi dəstəyə
böyük ehtiyacımız var və birdən-birə gözlənilmədən belə bir məşhur
insandan dəstək alanda gələcəyə inam ikiqat artır. Tək olmadığını,
ətrafında insanların olduğunu bir daha anlayırsan”.
Murad Hüseynov bildirib ki, Emin Gülər Məmmədovanın ən sevimli
müğənnisidir:
“Mahnılarını da telefona köçürüb özü ilə xəstəxanaya aparıb. Eminin
hədiyyəsini də “Mən qalib gələcəm!” sloqanının yanına vurmuşuq.
Mübarizə davam edir və bu işdə bizə kömək olanların hamısına
minnətdarlığımı bildirirəm!”
Xatırladaq ki, G.Məmmədova bir müddət öncə də eyni xəstəlikdən müalicə olunmuşdu. Ancaq son günlər Məmmədovanın səhhətində ciddi problem yaranıb və o, hazırda Bakıda müalicəsini davam etdirir.
İntiqam VALEHOĞLU
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR