Qırmızı.az
Şagirdlər sınaq işlərini nümayiş etdirdi
Fevralın 17-də Təhsil Nazirliyinin "Müasir Azərbaycan Peşəkarları Layihəsi" çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə tədris qrupunda təhsil alan şagirdlərin istehsalat təlimindən ixtisas sınaq işlərinin nümayişi təşkil edilib.
Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə müvafiq mütəxəssislər gələcək bərbərlərin peşə bacarıqlarına yiyələnmə səviyyəsini qiymətləndiriblər. Bu prosesdən sonra təhsilalanlar 4 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. İyunda dövlət buraxılış imtahanından uğurla keçən şagirdlər vahid formalı dövlət sənədi - diplom ala biləcəklər.
Qeyd edək ki, “Bərbər” ixtisası üzrə kadr hazırlığı 18 nömrəli Bakı Peşə Liseyi ilə “Eldar-studio” şirkəti arasında imzalanmış birgə əməkdaşlıq müqaviləsinə əsasən, həmin şirkətin peşəkar mütəxəssislərinin iştirakı ilə aparılır. Təhsilalanlar ən müasir avadanlıqlarla təchiz olunmuş tədris emalatxanasında təcrübi bilik və bacarıqlara yiyələnirlər.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək