Qırmızı.az
Türkiyənin bir sıra şəhərlərində Xocalı abidələrinin açılışı olacaq
Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr
olunmuş silsilə tədbirlər hazırlanır.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, paytaxt Ankaranın Keçiörən bələdiyyəsində, İstanbul
şəhərində, Uşak vilayətində və digər bölgələrdə Xocalı şəhidlərinin
xatirəsinə ucaldılmış abidələrin açılış mərasimləri olacaq.
Azərbaycanın millət vəkilləri həmin tədbirlərdə yaxından iştirak
edəcəklər. Bu məqsədlə Elman Məmmədov və Aqil Abbasov fevralın
18-dən 27-dək İstanbul şəhərində olacaq, nüfuzlu elm və təhsil
ocaqlarında, bələdiyyələrdə, ictimai qurumlarda təşkil edilən anma
mərasimlərinə qatılacaqlar.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə
və deputat Rüstəm Xəlilov isə fevralın 24-dən 27-dək Ankarada
səfərdə olacaqlar. Deputatlarımız tədbirlərdə Xocalı faciəsi barədə
ətraflı məlumat verəcək, XX əsrin bu dəhşətli qətliamına dair
sənədləri nümayiş etdirəcək, mövcud faktları bir daha Türkiyə
ictimaiyyətinin nəzərinə çatdıracaqlar. /Trend/
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO