Qırmızı.az
İflic olmuş rus gəncə analıq edən türk qadına cinayət işi açıldı
2008-ci ildə Antalyada qəza nəticəsində iflic olan və ailəsi tapılmayan Ümid adlı rus gəncə ana kimi qayğı göstərən Gülsüm Kabadayıya cinayət işi açılıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, pensiya almaq üçün həyat yoldaşı ilə saxta şəkildə boşanmaqda ittiham olunur. Gülsüm Kabadayıdan aldığı 70 min türk lirəsi dəyərində pensiyanı geri qaytarmaq tələb olunur.
Gülsüm Kabadayı məhkəməyə üç uşağı və Ümidlə birlikdə gəlib. O, məhkəmədə çıxış edərək haqqında deyilən ittihamları rədd edib.
Daha sonra qonşular dindirilib və onun boşandığı həyat yoldaşının demək olar ki, hər gün evə gəldiyi bildirilib. Lakin müttəhim onların yaşadıqları evin keçmiş həyat yoldaşı tərəfindən kirayə tutulduğunu və evin bütün kommunal xidmətlərini də keçmiş ərinin ödədiyini söyləyib. Keçmiş həyat yoldaşının hər gün gəlmə səbəbi həm də uşaqlarını görmək istəyidir.
Məhkəmə prosesi may ayının 25-nə təxirə salınıb.
Məhkəmədən sonra jurnalistlərə müsahibə verən Gülsüm Kabadayı 2006-cı ildə boşandıqdan sonra ərinin pensiyası ilə dolandıqlarını deyib.
Qeyd edək ki, Gülsüm Kabadayı 2008-ci ildə bir xəstəxanada öz
yaxınına baş çəkərkən yol qəzasına düşmüş rus gənclə qarşılaşıb.
Həmin vaxt qəza səbəbi ilə yataq xəstəsi olan gənc nə danışa bilib,
nə də üstündə sənədləri olub. Gəncin nə qohumu, nə də tanışının
olmadığını görən qadın xəstəxanada ona aylarla qulluq edib və
gəncin arxasınca heç kimin gəlmədiyini görəndə onu evə
aparıb.
O gündən də Ümidə övladı kimi baxıb. Xəstəxanadan çıxanda 30 kq çəkisi olan bu gəncin yaşamaq ümidi çox az olub. Ancaq Gülsüm xanımın qayğısı nəticəsində rus gənc böyük irəliləyiş əldə edib və get-gedə ağzını tərpədərək tək-tük sözlər deməyə başlayıb.
Qadının başına gələnlər Türkiyə sərhədlərini aşaraq Rusiyaya çatıb.
Canlı verilişdə rus millət vəkili onun qarşısında diz çökərək
əllərindən öpüb.
Gülnar Əliyeva
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO