Qırmızı.az
Allahşükür Paşazadə mühüm danışıqlara gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Səudiyyə Ərəbistanında səfərə gedəcək.
Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin xarici
əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib. O vurğulayıb
ki, səfər Azərbaycanın Həcc missiyası tərəfindən builki Həcc
mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə
həyata keçiriləcək. QMİ rəsmisi əlavə edib ki, səfər çərçivəsində
Şeyxülislam Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər
keçirəcək.
Həmçinin A.Paşazadə Səudiyyə krallığının Həcc naziri ilə də
görüşəcək və builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar
məsələlər müzakirə ediləcək. Sonda Azərbaycan Həcc missiyasını
həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə
Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanacaq.
Sənəddə builki Həcc səfəri zamanı yerləşdirilmə məkanları,
nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi, ziyarətlərini daha
mükəmməl şəkildə həyata keçirə bilməklə ilə bağlı məsələlər öz
əksin tapacaq. /aznews/
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü