Qırmızı.az
Gürcüstanda erməni azərbaycanlını öldürdü
Ötən gün axşam radələrində Gürcüstanın Ermənistanla
həmsərhəd, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində
ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ermənistan
vətəndaşının idarə etdiyi “Mercedes” markalı taksi avtomobili 1
saylı Sadaxlı kənd orta məktəbinin 4-cü sinif şagirdi, 10 yaşlı
Əliyev Əli Məhəmməd oğlunu vurub. Məktəbli hadisə yerində keçinib.
Hadisə barədə "Sadaxlı Dirçəliş İttifaqı"nın sədri Sabir Mehdiyev
məlumat verib. Onun sözlərinə görə, maşın yüksək sürətlə hərəkət
edib.
Hadisəni Sadaxlı 1 saylı orta məktəbin direktoru Sayad Xəlilov da
təsdiqləyib.
Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev isə hadisə ilə
bağlı cinayət işi qaldırıldığını bildirib: "Hadisəni törədən sürücü
saxlanılıb. İki-üç gün bundan əvvəl yol departamentinə məktub
yazmışdıq ki, kəndin içinə tramplinlər qoyulsun. Cavab almışdıq ki,
bu iş yaxın həftədə həyata keçiriləcək".
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO