Qırmızı.az
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşünün iştirakçıları bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüblər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, İ.Qaribaşvili qonaqları salamlayaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafından razılıqla danışıb, hər üç ölkənin müxtəlif strukturları, o cümlədən müdafiə nazirlikləri arasında üçtərəfli görüşlərin keçirilməsini yüksək qiymətləndirib.
Baş nazir deyib ki, bu cür tədbirlər ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar açır.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə tədbir iştirakçıları adından minnətdarlıq edib. Nazir bildirib ki, üçtərəfli görüşdə olduqca mühüm məsələlər müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşün iştirakçıları Tbilisinin mərkəzində "Qəhrəmanlıq meydanı"na gələrək abidə kompleksi önünə nümayəndə heyətləri adından əklil qoyublar.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO