Qırmızı.az
Nazirlik hava şəraiti ilə əlaqədar xəbərdarlıq etdi
Fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb, şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.
Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturunun gecə 4-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti,
dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq
ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı
gözlənilir.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
-
Maraq dünyası12:31
İndiyədək görünməyən məbləğdə kirayə müqaviləsi bağlandı - Fantastik rəqəm
-
Region11:51
İrəvanda qarşıdurma: Polislə etirazçılar toqquşdu - VİDEO
-
Yaxın Şərq11:31
ABŞ-ın yeni “qan çanağı” planının DETALLARI: Türkiyə ilə sərhəddə “kiçik İsrail” yaradır
-
ABŞ11:06
Hər şey ABŞ-Rusiya müharibəsinə aparır: Bayden bu qadağanı ləğv edir
-
Dünya10:50
Putin təsdiqlədi: Bu qədər pul Türkiyəyə bağışlandı
-
Sosial10:20
Azərbaycanın ən qorxulu kəndi: Bütün sakinlər nədən qaçıblar? - VİDEO