Qırmızı.az
TQDK növbəti monitorinq imtahanları keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 15, 16, 17, 20 və 21 aprel tarixlərində orta ümumtəhsil məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirəcək.
Komissiyadan Publika.az-a verilən məlumata
görə, imtahanlar ümumilikdə 421 orta məktəbdə Azərbaycan dili,
riyaziyyat və fizika fənlərindən ayrı-ayrı günlərdə keçirilir.
Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti
Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən 1
saatdır. Prosesdə 23336 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan şagirdlərin tam seçməsinin bütün xüsusiyyətlərini özündə
əks etdirən reprezentativ seçmə əsasında müəyyən olunmuş
Respublikanın 22 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan,
Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax,
Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala,
Quba, Qusar və Xaçmaz) məktəblərində keçirilir.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO