Qırmızı.az
Qaxda fındıq bağları yanıb
Qaxda fındıq bağları yanıb. Yanğın Qax rayonunun fındıq
bağlarından birində Qaşqaçay kənd sakinlərinə məxsus 100 hektarlıq
böyük fındıq bağında baş verib. Sahədə bir çox fındıq ağacları
tamamilə yanaraq məhv olub. Yanğının böyüyərək fındıq bağının digər
hissələrinə keçməsinin qarşısı alınıb.
Bağın giriş hissəsindən başlayan yanğın qısa müddət ərzində
genişlənərək bütün bağı əhatə edib. Kənd sakinləri yanğının
qarşısını almağa çalışsalar da alov qisa müddət ərzində bütün baği
bürüyüb. Ona görə də dərhal hadisə yerinə Qax Yanğından Mühafizə
Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının baş verdiyi ərazinin bir hissəsində yanğınsöndürən
maşınların köməyi ilə yanğının qarşısı alınsa da digər hissəsinə
maşınla giriş mümkün olmadığından həmin əraziyə canli qüvvələr cəlb
olunub.
Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
/anspress/
-
İKT23:24
İki qurum kiberdələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO