“Azxəbər” 5 yaşında – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Azxəbər” 5 yaşında – FOTOLAR

Bütün kollektivi, digər media orqanlarında çalışan həmkarlarını, indiyə kimi sayta dəstək olan, həmişə kollektivin yanında olan insanları bir araya toplayan Azxeber portalı 5 yaşını qeyd edir.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

“Facebook” sosial şəbəkəsində səhifəsi yaradılan azxeber”in səhifədə 300 minə yaxın istifadəçisi var. Cəmi iki nəfərlə işə başlayan kollektivin hazırda 7 əməkdaşı var.

Bu yerə gəlib çatmalarında, bu qədər dost qazanmalarında “Azxəbər” kollektivin böyük rolu olduğunu deyən H. Hacıbəylinin sözlərinə görə bundan sonra saytın fəaliyyəti daha da genişlənəcək: “Bu gün yanımızda olan əməkdaşlarımız hər zaman bizim üçün doğma olub və bundan sonra da belə olacaq. Heç vaxt ağlımıza gəlməzdi ki, bizdən başqa kimsə sayt üçün belə can yandıra bilər. Amma son bir ildə, altı ayda gördük ki, bizim kollektivdə müdir-işçi yox, ailə münasibəti formalaşıb. Onlar da öz ailələrinə necə yanaşırlarsa, işə də elə yanaşırlar. Fürsətdən istifadə edib onlara çox sağ ol deyirəm”.

Saytın mediamızda yerini yüksək dəyərləndirən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli bu gənclərə hələ birinci kursdan inandığını, bu portalın dövlətçiliyimizi qoruyan, azərbaycançılığı təbliğ edn bir portal olduğunu diqqətə çatdırıb.

Tədbirdə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun təbrik məktubu oxunub. Məktubda yarandığı gündən saytın xalqı düşündürən məsələləri gündəmə gətirməsi, cəmiyyətdə sosial ədalət, insan haqlarının müdafiəçisi kimi çıxış etməsi vurğulanıb.

Biz də Publika.az kollektivi adından adından həmkarlarımızı təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.

Gülnar

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm